"Azərkosmos"-dan yeni layihə

19:41 - 09 Aprel
    20070 oxunma

“Azərkosmos” ASC 2020-2021-ci illər üzrə “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsini elan edib.

ASC-dən Bizimxeber.az-a verilən məlumata görə, layihədə iştirak ödənişsizdir.

Layihənin əsas məqsədi “Azərbaycanda peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərlə bağlı prioritet hesab edilən sahələr üzrə elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara texniki dəstəyin verilməsi, o cümlədən “Azersky” peykindən alınan məlumatlardan istifadə etməklə ölkə daxilində Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin faydasını təşviq etmək və inkişafına təkan verməkdir.

 

Layihədə iştirak etmək üçün təklifləri 31 may 2020-ci il tarixinə qədər www.azercosmos.com  saytında qeyd olunan iştirak forması ilə qeydiyyatdan keçirmək olar. Müsabiqənin iştirak şərtləri ilə ətraflı ASC-nin rəsmi səhifəsindən tanış olmaq olar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84