“Azəristilik” bu gün də şikayətçiləri cavabsız qoydu - Yenilənib

18:07 - 18 Noyabr
    2010 oxunma

Köhnə Günəşli qəsəbəsi, Mehmandarov küçəsi 84 ünvanına hələ də istilik verilməyib. Uşaqlarımız soyuqdan donub xəstələnirlər. Hər il eyni problemi yaşayırıq. Xahiş edirik, bizə kömək edin”.

“Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsində binalarda istilik yoxdur. “Azəristiliktəchizat” heç bir iş görməyib. Evdə körpə uşaq var, soyuqdan donur. Xahiş edirik, istilik problemini işıqlandırasınız”.

Bunlar son 3 gündə “Qafqazinfo”ya daxil olan eyni məzmunlu şikayətlərin kiçik bir hissəsidir. Noyabrın 15-dən etibarən mərkəzləşdirilmiş istilik sistemi işə salınmalı olsa da, hələ də “Azəristiliktəchizat” ASC Bakının əksər ərazilərində binaları istiliklə təmin etməyib. Hava şəraiti kifayət qədər soyuq keçdiyindən xüsusən də azyaşlı, xəstə və yaşlıların olduğu ailələr evlərini qızdırmaqda aciz qalıblar.

Qurumun feysbuk hesabında da şikayətlərin sayı-hesabı yoxdur. Müraciətlər göstərir ki, eyni mənzərə paytaxtın bütün rayonlarında yaşanır. Ötən gün bu problemi işıqlandırıb bəzi ünvanlar göstərsək də, problem öz həllini tapmayıb.

Bizə olunan şikayətləri toplayıb “Azəristiliktəchizat” ASC-yə müraciət etsək də, bu gün də cavab ala bilmədik. ASC-nin mətbuat xidmətindən zəng və mesajlarımıza biganə yanaşdılar.

Həmçinin rayonlar üzrə İstilik Sistemləri İstismar Sahələri də ya işdə deyillər, ya da telefon zənglərinə cavab vermirlər. Yalnız Suraxanı rayonu İstilik Sistemləri İstismar Sahəsindən cavab ala bildik. Amma “məlum oldu” ki, günahkar əhalidir.

“Bir çox sahələrdə belədir, qaz yoxdur, istiliyi verə bilmirik. Çünki camaat ödənişi zəif edib, məsələn, bir binadan 5 nəfər ödəniş edir, qalanlar ödəmir. Buna görə bizim də “Azəriqaz”a borcumuz yaranıb. Hazırda problemin aradan qaldırılması ilə bağlı iş aparılır. Borc götürəcəklər, ya nə edəcəklərsə, həll olunacaq”, - deyə idarənin əməkdaşı bildirir. 

Belə aydın olur ki, bütün vətəndaşlar – ödənişi edən də, etməyən də hələ bir müddət də istiliksiz qalacaq. Xatırladaq ki, oxşar problem hər il noyabr ayında, istliyin verilməsi dövründə yaşanır. Ötən il də “Azəristilik” ASC-nin borcunu dövlət öz üzərinə götürdükdən sonra əhaliyə istilik verilmişdi.

***

“Azəristilik” ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev “Qafqazinfo”ya artıq istiliklə bağlı problemin həll edildiyini bildirib: “Artıq qaz təchizatı ilə bağlı bütün məsələlər öz həllini tapıb, işləməyən qazanxanaların işə salınması davam etdirilir”.


Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84