"Azərişıq" vətəndaşlara çağırış etdi: - Ev və ya obyek tikərkən qaydalara əməl edin!

17:43 - 27 İyul
    1965 oxunma

"Azərişıq" vətəndaşlara çağırış etdi: Bəzi məsuliyyətsiz insanlar özünün və başqalarının həyatını düşünmədən ətraf üçün təhlükə saçan addımlar atırlar. Bu barədə "Azərişıq" ASC-dən Bizimxeber.az-a bildirilib ki, Abşeron rayonu, Hökməli-Qobu yolu, Koroğlu küçəsindən keçən 2 dövrəli 10 kv-luq Elektrik Verliş Xəttinin (EVX) mühafizə zonasında 2 mərtəbəli obyekt tikilir və həmin obyektin dam örtüyü adıçəkilən EVX-nə toxunur. Obyekt sahibinə baş verə biləcək yanğın və hər hansı bədbəxt hadisə ilə əlaqədar olaraq dəfələrlə xəbərdarlıq edilib:

"Bildiririk ki, belə hallar minlərlə istehlakçının dayanıqlı elektrik enerjisi ilə təminatını təhlükə altında qoyur. Və təbii olaraq qaydalara uyğun tikilmədiyi üçün gəlkəcəkdə bu binaya elektrik enerjisinin verilişi mümkün olmayacaq. Bu isə sahibkarın haqsız narazlığına səbəb olacaq. Obyekt sahibi özünün və bu binadan istifadə edəcək digər sakinlərin həyatı üçün hansı təhlükə yaratdığını dərk etsə də qaydalara məhəl qoymaq istəmir və tikintini bu gün də davam etdirib.

Bu barədə Abşeron rayonu İH-nə və həmçinin, hüquq mühafizə orqanlarına rəsmi olaraq məlumat verilib ki, sahibkarın bu özbaşnalığı yolverilməzdir və gələcəkdə böyük təhlükəyə səbəb ola bilər. “Azərişıq” ASC bir daha vətəndaşlara müraciət edərək bildirir ki, ev və ya hər hansı bir obyek tikən zaman qaydalara uyğun hərəkət etsinlər, özlərinin və başqalarının həyatı üçün təhlükə yaratmasınlar".

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84