“Azəriqaz”: “Heç kimə pul verməyin”

16:03 - 24 Dekabr
    1400 oxunma

Bu gün sosial şəbəkələrdə sayğac əvəzlənməsi zamanı Xaçmaz rayonunda kimlərinsə vətəndaşlarla guya hansısa sövdələşmələrə getməsinə dair məlumat yayılıb.

“Azəriqaz” İB-dən verilən məlumata görə, ümumiyyətlə qaz sayğaclarının əvəzlənməsi zamanı kiminsə vətəndaşdan pul tələb etməsi qanunsuzdur: “Abonentlərdən xahiş edirik ki, heç kimə bu əməliyyatın icrası zamanı pul verməyin. Çünki dövri yoxlama müddəti çatmış (əhali abonent qrupunda 5 ildən bir) qaz sayğacları əvəzlənərkən hər hansı vəsait tələb olunmur.

Bu əməliyyat “Azəriqaz” İstehsalat Birliyi tərəfindən pulsuz icra olunur. Əgər hansısa dələduz əmələ qurşanan şəxslə belə bir sövdələşmə edirlərsə, bundan asılı olmayaraq, sayğacda laboratoriya yoxlaması zamanı qüsur aşkarlanarsa, itirilmiş qazın bərpasının dəyəri sizdən mütləq tələb olunacaq.

Yəni bu yolla sizi aldadan şəxs yoxlamadan sonra qüsur aşkarlanan sayğaca görə heç vaxt kimisə sığortalaya bilməz. O ki qaldı belə yanaşmanın Xaçmaz Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə aid edilməsinə, nəzərinizə çatdırırıq ki, bu sahədə çalışan əməkdaşlarımızın fəaliyyətinə ciddi nəzarət olunur. Bu il ərzində həmin region üzrə iki işçimiz nöqsanlara yol verdiyinə görə (vətəndaşla qanunsuz sövdələşmə aparılması faktı) işdən azad olunub. Belə hallarla ciddi mübarizə aparılır və fakt qeydə alınan kimi cəza tədbirləri görülür. 

Abonentlərimizdən xahiş edirik ki, bu kimi hallarla rastlaşarlarsa, Birliyin 104/185 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. Ünvanlarında qaz ölçü qurğusuna və ya digər qaz avadanlığına baxış keçirən əməkdaşımızdan xidməti vəsiqəsini tələb etsinlər”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84