Azercell dünyanın ən çox baxılan telekanallarını təqdim etdi

18:46 - 09 Aprel
    20372 oxunma

Abunəçilər 200-dən artıq ən populyar televiziya kanallarını yüksək keyfiyyətdə izləyə biləcəklər...

Azercell Telekom yeni NNTV mobil TV tətbiqi vasitəsilə ən çox baxılan televiziya kanalarını abunəçilərinə təqdim edir. Bu tətbiq Azercell istifadəçilərinə çox rahatlıqla və sərfəli qiymətlərlə yerli və xarici ən populyar televiziya kanallarını yüksək keyfiyyətdə izləmək imkanı verir.

İndi Azercell abunəçiləri NNTV tətbiqi ilə daha çox - 200-dən artıq dünyanın ən baxımlı kanallarını izləyə biləcəklər. Burada hər zövqə uyğun tamaşaçı marağını təmin edəcək televiziya kanallarını tapmaq mümkündür.

Belə ki, abunəçilər mobil TV tətbiqi vasitəsilə bədii film, musiqili proqramlar, uşaq, əyləncə kanallarını fasiləsiz olaraq yüksək səviyyəli HD formatda izləyəcəklər. NNTV İdman paketinə abunə olmaqla isə ən populyar matçlar və idman yarışlarına baxmaq imkanı mövcuddur. Heç bir əlavə avadanlıq olmadan telekanalları izləmək imkanı verən bu texnoloji yenilikdən həm fakturalı, həm də fakturasız xətt abunəçiləri yararlana bilər.

Xidmət Android/IOS əməliyyat sistemli cihazlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, abunəçilərin rahatlığını təmin edərək, 200-dən artıq dünyanın ən baxımlı kanallarını izləmək üçün onlara 2 növ tarif – günlük və aylıq paket, İdman paketinə isə aylıq abunəlik təklif olunur.

Xüsusilə vurğulamaq istərdik ki, NNTV-yə ilk dəfə qoşulanlar 7 gün ərzində mobil TV-dən tamamilə ödənişsiz istifadə edəcəklər. Yalnız bir həftəlik istifadədən sonra xidmət ödənişli əsaslarla təqdim ediləcək...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84