.
.

Azərbaycanlılar Almaniyadan deportasiya edilir

13:48 - 31 Mart
    9640 oxunma


Almaniyadan Azərbaycana növbəti qrup deportasiya olunacaq. 

Bizimxeber.az xəbər verir ki, Almaniyadan birbaşa Azərbaycana xususi çarter reysi ilə bir qrupun deportasiyası həyata keçiriləcək. Bu reyslə 30 nəfərdən çox Azərbaycan vətəndaşının deportasiyası gözlənilir.

Onlar Almaniyada qanunsuz yaşayanlardır və əksəriyyətini bu ölkədə müvəqqəti yaşamaq üçün müraciətlərinə rədd cavabı alanlar təşkil edir. Deportasiya ediləcək şəxslərin bəziləri son bir həftə ərzində saxlanılaraq xüsusi mərkəzlərə yerləşdiriliblər.

“Readmissiya haqqında” Sazişə əsasən, onların şəxsiyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyən edilib və qayıdış üçün müvafiq sənədlər hazırlanıb. Çarter reysi 31 mart 2021 ci il tarixdə Münxen hava limanından birbaşa Bakı şəhərinə planlaşdırılıb və saat 16:15 də eniş edəcək. Deportasiyası planlaşdırılanların bəziləri bu gün koronavirus testindən də keçirilib. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84