Azərbaycanlılar Rusiyada qiyam qaldırdı 

15:55 - 03 Sentyabr
    1805 oxunma

Azərbaycanlılar Rusiyanın Bryansk şəhərində qiyam qaldırıblar.

Bizimxeber.az Lent.az-a istinadla xəbər verir ki, buna səbəb şəhərin mərkəzində yerləşən meyvə-tərəvəz bazasının çirkab və dağılmış vəziyyətdə olmasıdır. 

Bryansk vilayətinin ən böyük bazasında, fotolardan da göründüyü kimi, asfalt örtüyü dağılıb gedir, hər tərəf palçıqdır. İş o yerə çatıb ki, bütün bazar ərazisində çirkab dolu gölməçələr yaranıb. Bunun nəticəsində yerli sakinlərin bazara axını həddən artıq azalıb.

Hər ay yer pulu ödəyən satıcılar bunun müqabilində bazar sahibindən burda səliqə yaratmağı xahiş ediblər. Amma bazarın sahibi onların bu tələbini qulaqardına vurub. Nəticədə yüzlərlə azərbaycanlı bazara çıxmaqdan imtina edib.

Bizimxeber.az

 
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84