“Azərbaycanlılar çox qonaqpərvərdir, amma Neftçi“ni udacağıq“

14:05 - 17 Sentyabr
    6395 oxunma

“Çox sevdiyimiz qardaş ölkənin komandası ilə qarşılaşacağıq. “Neftçi” bizə öz qonaqpərvərliyini göstərir. Azərbaycandakı dostlarımıza salamımızı və sevgimizi çatdırırıq”.  Bu fikirləri “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak “TRT Spor”a açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində Bakıda “Neftçi” ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.

Klub rəsmisi bildirib ki, bu qarşılaşma “sarı-qırmızılılar” üçün olduqca vacibdir: İnanıram ki, komandamız “Qaziantep”lə matçda sərgilədiyi performansı Bakıda da göstərəcək və mərhələni keçərək Türkiyəyə qayıdacaq”.

A.Albayrak matçın Azərbaycan paytaxtında oynanılmasının “Qalatasaray” üçün fərq etmədiyini vurğulayıb: “İstanbulda cavab görüşü keçirilsəydi belə, azarkeşlər stadionda olmayacaqdı.

Ümid edirəm ki, “Neftçi”ni mübarizədən kənarlaşdıracağıq və növbəti oyunu evdə keçirəcəyik. Azarkeşsiz oyunun heç bir dadı-duzu yoxdur. Ona görə də harada oynayacağımızın fərqi yoxdur”. 

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84