Azərbaycanlılar 9 May “Qələbə günü” paradında - FOTO

21:10 - 09 May
    2205 oxunma

Bu il II Dünya Müharibəsinin bitməsinin 75 illiyi bütün dünya tərəfindən qeyd olunur.

1945-ci ildən bəri ilk dəfədir ki, pandemiyaya görə Avropada 9 May günü kütləvi toplantılar qadağan olundu və Avropa ölkələrinin liderləri bu vacib günü geniş qaydada qeyd etmədilər.

Həmçinin hər il 9 May “Qələbə günü”nə həsr olunan hərbi parad keçirən dövlətlər bu tədbirlərdən imtina etdilər.

Lakin Belarusun prezienti Lukaşenko COVID-19 virusunun dünyada tüğyan etməsinə baxmayaraq, Minsk şəhərində hərbi parad təşkil edib.

Həmin parada tamaşaçı kimi xeyli insan da qatılıb.

365.az-ın əldə etdiyi məlumata görə, onların arasında Minskdə yaşayan azərbaycanlılar da olub.

Həmyerlimiz Stanislav Xlestov digər soydaşlarımızla birlikdə Azərbaycanın bayrağı ilə hərbi parada qatılıblar və bu qələbədə Azərbaycanın böyük rolu olmasını bir daha yerli əhaliyə xatırladıblar.

Eksklüziv fotoları diqqətinizə çatdırırıq.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84