Azərbaycanlı tələblər ən çox hansı ölkələrdə təhsil alır? - AÇIQLAMA

17:47 - 13 Fevral
    11640 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Son illər gənc nəslin xaricdə təhsilə olan marağı gün-gündən artmaqdadır. Onların əksəriyyəti təhsilini davam etdirmək üçün xarici ölkələrə müraciət edirlər. Əvvələr qonşu ölkələrə daha çox axın olurdu. 

Hazırda xaricdə təhsil almaq istəyənlər hansı ölkələrə üstünlük verirlər?

Gənclərimiz niyə xaricdə təhsilə daha çox önəm verirlər? Bu barədə Modern.az-a danışan "Zirvə kurslar”nın rəhbəri Rahib İbrahimovun sözlərinə görə, xaricdə təhsildə yenə də Türkiyə ağırlıq təşkil edir: "Lakin buna baxmayaraq Avropa ölkələrinə - Almaniya, İtalya , Macarıstan, Polşaya axın daha çoxdur. Müraciət edənlərə baxanda görürük ki, əvvəlki dövrlərə nisbətən gənclər daha çox təhsili keyfiyyətli olan ölkələrə üstünlük verirlər”.

R.İbrahimov qeyd edib ki, əvvələr Gürcüstana, Ukraynaya maraq daha çox idi: "Əvvələr 5-10 il bundan öncə hər kəs asan yola əl atırdılar. Ukraynaya , Gürcüstana meyil daha çox idi. "Buna səbəb o idi ki, oradakı qəbul şərtləri, təhsil sistemi hamıya bəlli, çox yumuşaq və asan idi. İstənilən adam gedib müraciət edib, imtahansız, rahat şəkildə təhsil ala bilirdi”.

Ekspertin fikrincə, gənclər son illər Türkiyə və Avropa ölkələrində təhsil almağa üstünlük verir. "Bu günləri Avropa ölkələrinə - Almaniya, İngiltərə, Britaniya və ABŞ-a tələbat daha çoxdur. Türkiyədə öz yerindədir, Avropadan heç də geridə qalmır. Bu baxımdan gənclərimizin bu şəkildə olması ölkəmiz üçün də xeyirdir. 

Onlar fərqli düşüncə və atmosferdə inkişaf edirlər. Xaricdə aldığı təhsil sistemi ilə biliklərini öz ixtisasları üzrə daha da təkmiləşdirirlər. Bu ölkəmiz üçün də böyük nailiyyətdir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84