Azərbaycanlı rəssam koronavirus əsəri hazırlayıb - Foto

01:17 - 26 Mart
    164747 oxunma

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən azərbaycanlı rəssam-heykəltəraş Gülnarə Pamuk Muxtarova dünyada öz təsirini göstərməyə davam edən yeni növ koronavirusla bağlı “2020-ci ilin fəlakəti” mövzusunda rəsm əsəri hazırlayıb.

Bizimxeber.az xəbər verir ki, bu barədə "AzərTac"a məlumat verən rəssam deyib:

“Əsas məqsədim bu virusun yayılma və insanlar arasında törətdiyi fəsadlara dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir. Mən inanıram ki, çox yaxın zamanda dünyanı öz təsiri altına salan bu virus yox olacaq. Lakin bu xəstəliyin qurbanlarının xatirələrinin əbədiləşdirilməsi və bu günlərdə yaşananların yaddaşlardan silinməməsi üçün öz sahəm üzrə bir işə görmək istədim. Mənim fikrimcə qadınlar dünyanın ən güclü varlıqlarıdırlar. Hər vəziyyətdə ailəni birləşdirib çətinliklərə sinə gərməyi bacarırlar. Dünya da bizim evimizdir və biz bir ailəyik. Bu səbəbdən əsərdə məhz qadın obrazının həkk olunmasını daha məqsədəuyğun hesab etdim”.

Yağlı boya ilə çəkilmiş rəsm əsəri dörd günə hazırlanıb.




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
 
  [email protected] 
  [email protected]

  Mobil və Whatsapp  -  (077) 611-44-00