Azərbaycanlı olimpiya çempionu ömürlük cəzalana bilər

13:59 - 25 Yanvar
    60520 oxunma


Loading...

Dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov daha ciddi sanksiya ilə üzləşə bilər. "zonakz.net"-in məlumatına görə, ittiham təsdiqini taparsa, 28 yaşlı idmançı ömürlük diskvalifikasiya olunacaq.

Səbəb onun əvvəllər də dopinq-testinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalmasıdır. Qaydalara əsasən, ikinci dəfə testdən keçə bilməyən idmançı 8 il və ya ömürlük diskvalifikasiyaya məruz qalır.

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) araşdırma müddətində Rəhimovu yarışlardan müvəqqəti kənarlaşdırıb. Təcrübəli ağırlıqqaldıran 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84