Azərbaycanlı jurnalist koronavirusdan ölən anasının dəfnində iştirak edə bilmədi

23:43 - 30 May
    1050 oxunma

Azərbaycanlı jurnalist Anar Cəfərsoy koronavirusdan dünyasını dəyişən anasının dəfnində iştirak edə bilməyib.

Bu barədə baş redaktor, 44 yaşlı Anar Cəfərsoy sosial media hesabında paylaşım edib. 

Özü də koronavirusdan əziyyət çəkən jurnalist anası Zöhrə Cəfərovaya son sözlərini belə ifadə edib: 

“Bütün varlığım, tacım, canım Ana, koronavirusdan sənin həyatını xilas edə bilmədik, cəhdlər alınmadı, bacarmadıq, vida görüşündən də kənarda qaldım. Allahın əmri qarşısında hər kəs acizdir. Uca Rabbimin lütfünə, mərhəmətinə, məğfirətinə tam əminəm. Atamı itirəndə də fədakarlığın, sonsuz zəhmətinlə bizi çiyinlərində daşıdın Ana. Allah anamı, atamı qəbr əzabı, cəhənnəm atəşindən qorusun, cənnətlik etsin.

Anam Zöhrə, atam Kamil, rahat olun. Allah rizasını dərk edərək, son nəfəsimizə kimi üç qardaş olaraq Vətənə, millətə, xalqa, insanlara düzgün xidmət etməyə davam edəcəyik. vida görüşündən kənar qalıb”.

Qeyd edək ki, 69 yaşlı Z.Cəfərova, mayın 28-də Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84