Azərbaycanlı avtoritet Moskvada özünü 7-ci mərtəbədən atdı - FOTO

15:00 - 25 Dekabr
    1190 oxunma

Moskvada polisdən qaçarkən Tryoxqornı Val küçəsindəki binanın 7-ci mərtəbəsinin pəncərəsindən özünü atan şəxsin kriminal avtoritet Rizvan Hüseynov (Rezvı) olduğu üzə çıxıb. 

O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqib olunub və nəticədə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 7-ci mərtəbədən özünü atan Rizvan polislər tərəfindən yaxalanıb, əvvəlcə onun reanimasiyaya aparılarkən öldüyü deyilsə də, sonradan sağ qaldığı məlum olub. Mənbənin bildirdiyinə görə, həkimlər Rizvanovu həyata qaytarmaq istəsə də, cəhdləri uğursuz alınıb və bir müddət sonra həyatını itirib.

Rezvı məşhur Xabarovsk kriminal avtoriteti Aleksandr Voroninin (Malış) silahdaşı sayılırdı. "Hiyləgər, bacarıqlı, müəmmalıdır, eyni zamanda cəlbedicidir, asanlıqla özündən çıxa, asanlıqla aqressivləşə bilir. Çox təhlükəlidir. Saxlanılması halında silahlı müqavimət göstərə bilər", - Rizvanovu hüquq-mühafizə orqanlarının işçiləri belə xarakterizə edib. 

Rezvı hadisəsiylə əlaqədar yoxlama başladılıb. Polisin onun olduğu yerə gəlməsinin səbəbi açıqlanmır. /Qaynar/



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84