Azərbaycanın Xalq artisti vəfat etdi

22:24 - 21 Dekabr
    1010 oxunma

Azərbaycanın Xalq artisti Səfurə İbrahimova vəfat edib. Bu barədə sosial şəbəkədə məlumat paylaşıb.

Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib.

1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik Teatrın truppasına daxil olub.

Qeyd edək ki, Səfurə İbrahimova 1984-cü ildə Azərbaycan SSR dövlət mükafatı laureatını, 2002-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını alıb.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84