Azərbaycanın ÜDM-i gələn il 4,5% artacaq - Dünya Bankı

10:00 - 06 Yanvar
    720 oxunma

Dünya Bankının yeni proqnozuna əsasən 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9% artacaq.

Bu barədə Dünya Bankının "Global Economic Prospects" hesabatında qeyd olunub. Qeyd edək ki, sözügedən proqnoz bankın ötən ilin oktyabr gözləntisi ilə eynidir.

2020-ci ildə Dünya Bankı ölkədə ÜDM-in 5% azalacağını (oktyabr proqnozu 4,2% azalma), 2022-ci ildə isə 4,5% artacağını (oktyabr proqnozu 2,8% artım) gözləyir.

"Neft qiymətləri sabitləşdikcə və iqtisadiyyata investisiya və yenidənqurma xərcləri artdıqca Azərbaycanda iqtisadi fəaliyyətin genişlənəcəyi gözlənilir. Azərbaycanla Ermənistan arasındakı sülh bəyanatı isə bölgədəki geosiyasi gərginliyi azaltmağa kömək edəcək", - hesabatda deyilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84