Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyət elan olunur - RƏSMİ

17:53 - 27 Sentyabr
    745 oxunma

Milli Məclisin bu gün keçirilən iclasında ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edilib. Bu barədə APA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. 

O bildirib ki, bu qərar Azərbaycan Prezidenti tərəfindən 8 saat müddətində təsdiq ediləcək: "Nəhayət, Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad olunması vaxtı gəlib çatıb. Müvafiq şəhər və rayonlarda yaşayan əhalini hərbi vəziyyətin və komendant saatının tələblərinə uymağa çağırırıq”.

Deputat qeyd edib ki, komendant saatı elan edilməsi ilə bağlı vəziyyət DİN-in səlahiyyətinə verilib: "Müvafiq şəhər və rayonlarda komendant saatı da tətbiq olunacaq”. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84