Azərbaycanın baş epidemioloqu istefa verdi

13:51 - 08 İyul
    2560 oxunma

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.

Bu barədə APA-ya açıqlamasında İ. Ağayev özü bildirib. O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: "1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

Qeyd edək ki, İbadulla Ağayevin son açıqlaması ictimai qınağa səbəb olmuşdu. Belə ki, unikal.org-un əməkdaşı növbəti dəfə baş epidemioloqla əlaqə saxlamağa çalışıb. İbadulla Ağayev hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib: "Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84