Azərbaycanı niyə qısqanırlar? – ŞƏRH

17:21 - 06 İyun
    2530 oxunma

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzinin və ikili standartlarla yanaşmasının səbəbləri sırasında qurumun ermənipərəst qüvvələrə geniş qucaq açması da yer alır.  

Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında AŞPA-nın Azərbaycana qərəzli münasibətindən, qurumun mötəbərlilik statusunu itirməsindən danışarkən həmin məqamlara diqqət çəkib.

“Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”, - deyə Prezident əlavə edib.

AŞPA-nın ermənipərəst qüvvələrin əlində alətə çevrilməsinin nəticəsidir ki, Azərbaycana qarşı ikili yanaşma sərgiləyir.

Azərbaycanın son illər qazandığı uğurlar, beynəlxalq aləmdə siyasi çəkisinin artması ilk növbədə Ermənistanı və onun havadarlarını qıcıqlandırır.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında mühüm yerə sahib olması, həyata keçirdiyi beynəlxalq infrastruktur layihələri olduqca əhəmiyyətlidir.

Azərbaycan dünyada artıq “orta miqyaslı” ölkə kimi tanınır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir.

Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycanın bu gün nüfuzlu beynəlxalq və regional layihələrin lokomotivinə çevrilməklə Ermənistanı mühüm layihələrdən kənarda qoyub.

Təbii ki, bu meyllər Ermənistan və erməni lobbisini, onların maraqlarına xidmət edən AŞPA kimi qurumlarda qısqanclıq yaradır.

Onlar üçün belə tendensiya Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənməsini şərtləndirir, bu, Dağlıq Qarabağa münaqişəsinə münasibətdə də öz parlaqlığı ilə seçilir.

Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında dəfələrlə vasitəçi kimi çıxış edib, bir sıra nüfuzlu beynəlxalq tədbirlər və zirvə görüşləri Azərbaycanda keçirilib.

Azərbaycanın NATO və Rusiya kimi aparıcı qüvvələrin hərbi-siyasi danışıqlar məkanına çevrilməsi böyük güclərin ölkəmizin strateji əhəmiyyətinə və tutduğu mövqeyə verdiyi dəyərin göstəricisidir.

Bütün bunlar ölkəmizin nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84