. .

Azərbaycandan İrəvana 211 milyon dolları kim göndərib? – ŞOK

17:02 - 14 Aprel
    12243 oxunma

2018-ci ildə Azərbaycandan Yerevana 211 milyon dolların köçürülməsi barədə yayılan məlumatlar Ermənistanda növbəti siyasi qalmaqala səbəb olub. 

Bizimxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, "İşıqlı Ermənistan” parlament fraksiyasından olan deputat Armen Yegiazaryan bəyan edib ki, o, Milli Təhlükəsizlik Xidmətindən (MTX) onların, 2018-ci ildə 211 milyon dolların Azərbaycandan Ermənistana köçürülməsi ilə heç bir əlaqəsinin olmadığı barədə cavab alıb.

"Bir neçə gün bundan əvvəl mən Dünya Bankının hesabatı ilə əlaqədar MTX-ya müraciət etmişdim və bildirmişdim ki, 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dollar köçürülüb.

Bu gün mən MTX-dan cavab aldım, həmin cavabda faktiki olaraq onların bu məsələdə görəcəkləri heç bir işin olmadıgı bildirilir... Ən azından düşmən ölkədən Ermənistana əhəmiyyətli miqdarda pulun köçürülməsi faktına belə laqeyd münasibət qəribədir”, - deyə millət vəkili vurğulayıb.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84