Azərbaycandan Ermənistana tələb - 3 vətəndaşımız əsir-girovluğundan qaytarılmalıdır

11:45 - 17 Dekabr
    760 oxunma

"Üçtərəfli Bəyanata uyğun olaraq, humanitar proseslər bundan sonra da davam edəcəkdir. Döyüş bölgəsində qalmış hər iki tərəfə aid hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesi beynəlxalq vasitəçiliklə davam etdirilir".

"Bizimxəbər"in məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

"Bundan başqa, hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir", - o vurğulayıb.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84