Azərbaycanda yoluxma bir gündə 1 519 oldu, 45 nəfər öldü
-
2120 oxunma
.jpg)
Azərbaycanda koronavirus infeksiyasına 1 519 yeni yoluxma faktı qeydə alınıb, 4 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bizimxeber xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 45 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 214 711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168 971 nəfər müalicə olunaraq sağalıb, 2 499 nəfər vəfat edib. Hazırda 43 241 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 507, bu günə qədər isə ümumilikdə 2 141 798 test icra olunub.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84