.
.

Azərbaycanda yoluxma 600-ü keçdi - Ölənlər var

17:53 - 11 Mart
    4960 oxunma


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 238 383 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 244 nəfər müalicə olunaraq sağalıb, 3 262 nəfər vəfat edib, aktiv xəstə sayı 4877-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 503, bu günə qədər isə ümumilikdə 2 682 116 test icra olunub.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84