8 noyabr qeyri-iş günü kimi təsdiq olundu

12:53 - 11 Dekabr
    2370 oxunma


Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. O bildirib ki, məcəlləyə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlib.

Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

Digər bir dəyişikliklə isə məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: "Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - "Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir.

Müzakirələrdən sonra məcəlləyə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84