Azərbaycanda sığorta problemi - İnsanlar etibar etmir

10:25 - 16 Sentyabr
    1385 oxunma

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri ilk pandemiya hadisəsi baş verdiyi andan etibarən özlərinin tədbirlər planını hazırladı və fəaliyyətlərinə bu plan əsasında davam etməyə başladırlar.

Bizimxeber.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA)  bildirib.

- Bu ilin birinci yarısında sığorta bazarının səmərəliliyini necə qiymətləndirirsiniz?

- İqtisadiyyat daima xarici təsirlərə məruz qalır. Bir çox xarici təsirləri öncədən proqnozlaşdırmaq mümkün olsada, bəzən gözlənilməz hadisələrlə qarşılaşırıq. Bu vəziyyəti cari ildə aydın şəkildə müşahidə edəb bildik. COVİD-19 epidemiyası qısa bir müddət ərzində bütün dünyada geniş yayıldı və iqtisadiyyatın bütün sahələrinə öz təsirini göstərdi. Sığorta sektoruda bu təsirdən kənarda qalmadı. Lakin Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri ilk pandemiya hadisəsi baş verdiyi andan etibarən özlərinin tədbirlər planını hazırladı və fəaliyyətlərinə bu plan əsasında davam etməyə başladırlar. Bu zaman qarşıya qoyulan əsas məqsəd müştərilərin hüquqlarının qorunması, onlara maksimum operativ xidmətin göstərilməsi və eləcədə şirkətlərin maliyyə dayanıqlığının qorunub saxlanılmasından ibarət idi. 2020-ci il üçün verilən bütün proqnozlar digər iqtisadi sahələrdə olduğu kimi sığorta sektoru üçün də məcburi şəkildə dəyişdirilməli oldu.

Bu müddətdə sığorta sahəsində fəaliyyət göstərən əməkdaşlar virsunun yayılmasının qarşısını almaq və NK-nin vermiş olduğu qərara əsasən evlərindən fəaliyyətləri həyata keçirməyə başladılar. Bu zaman müqavilələrin online şəkildə bağlanılması və yenilənməsi sayı daha da artdı. Şirkətlər özlərinin elektorn platformalarına daha çox diqqət yetirməyə başladılar. Bu müddət ərzində nəzarət edici orqan olan MB-da şirkətlərin fəaliyyətinə yardımçı olmaq və müştəri məmnuniyyətinin qorunub saxlanılması üçün Tədbirlər planı nəznində tövsiyyələr hazırlandı və rəhbər şəxslərə bu barədə məlumat verildi.

Covid-19 epidemiyasının təsiri nəticəsində sığorta bazarında bir çox məhsullarda fərqli hərəkət dinamikaları özünü göstərdi. Bəzi məhsullarda kəsin azalma baş versədə bir çox məhsullarda mülayim tempdə dəyişikliklər özünü göstərdi. Səfər sığortası üzrə bağlanan müqavilələr turizm sektorunun demək olar ki bağlanması ilə 99 faiz azaldı. ANVSMMİS məhsulu mövcud karantin rejimi ilə əlaqədar ötən il ilə müqayisədə yığımlarda azalma olsada bu məhsul il ərzində sığorta şirkətləri üçün zərərli olaraq qalır.

DƏİS üzrə yığımlar ilin ilk aylarında kəskin artan templə getsədə COVİD-19 epidemiyasında sonra şirkətlərinin istiqamətlərinin dəyişməsi nəticəsində bu məhsul mülayim templə artır. Ötən il ilə müqayisədə 27% lik artım nəzərə çarpır.

- ASA geniş sığorta bazarını necə inkişaf etdirməyi planlaşdırır?

- Azərbaycan sığorta bazarının potensialı genişdir. Lakin təsüfləndirici haldır ki reallıqda bu potensialdan tam istifadə edilmir. Azərbaycan sığorta bazarının inkişafını ləngidən ən mühüm amil isə ölkə vətəndaşlarının bu sahəyə olan inamının və məlumatının az olmasıdır. Bu gün insanlar arasında sığorta mədəniyyətinin artırlmasına ehtiyac vardır. İnsanlar sığortaya məcburi ödənilməli olan rüsum kimi baxırlar. Lakin bu gün sığorta bütün dünyada rikslərin bölüşdürülməsinin əsas mexanizmi olmaqla , sosial müdafiə funksiyasını həyata keçirir. Məhz bu problemlər həll edildiyi təqdirdə sığorta bazarı öz potensialını tam şəkildə göstərə bilər.

Mərkəzi bank nəzarət orqanı təyin edildikdən sonra sığorta sektornun inkişafına böyük önəm verdi. Bu sahənin monitorinqinin, qiymətləndirilməsinin həyata keçirilməsinə başlanıldı. Mövcud problemlər müəyyən edildi və onun aradan qaldırlmasına çalışıldı. (Trend)

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84