Azərbaycanda seroloji testlər necə aparılacaq?

11:54 - 13 Avqust
    2035 oxunma

Azərbaycanda koronavirusla mübarizə çərçivəsində seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq. Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək, testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndəriləcək. 

Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir. Alınmış qan nümunələri qısa müddətdə analizdən keçiriləcək. Mütəxəssislər tərəfindən analiz nəticələrinin tibbi və statistik təhlili aparılacaq və yekun nəticələr barədə ictimaiyyat məlumatlandırılacaq. Analiz verən hər bir könüllü öz nəticəsini əldə edə biləcək. Bundan əlavə, vətəndaşın arzusu ilə qanın ümumi analizi də həyata keçirilə bilər. 

Bildirək ki, ilkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan reaktivlərlə aparılacaqdır. 

Maraqlıdır, seroloji testin nə kimi xüsusiyyətləri var?

Yenisabah.az xəbər verir ki, seroloji test  infeksiya və qan yolu ilə yayılan hepatit kimi xəstəliklərdən şübhələndikdə tətbiq olunan qan testidir. Seroloji analizin məqsədi virus, bakteriya və parazit kimi bir sıra mikroorqanizmlərə qarşı  bədənin hazırladığı antikorların var olub-olmadığını müəyyənləşdirməkdir. 

Tez tətbiq oluna bilməsi və qısa müddətdə nəticə verməsi seroloji testlərin onun əsas üstünlüklərindəndir. Belə ki, bir virusun müəyyənləşdirilməsində digər testlərin nəticələri həftələr sonra çıxdığı halda, seroloji test bir neçə saata nəticə verir. Qeyd edək ki, test nəticəsində əldə edilən tapıntılara əsasən, antikorların və mikrobların antigenləri və quruluşu analiz edilir. Araşdırmaların nəticəsinə uyğun olaraq isə xəstəliyin diaqnozu qoyulur və müalicə üsulu göstərilir. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84