Azərbaycanda poçtla seçki mümkündürmü? 

12:08 - 05 İyun
    1360 oxunma

Məhəmməd Əsədullazadə: “Bu sistem hökumətin siyasətinə uyğundur”

Koronavirus pandimeyasının yayılması ilə əlaqədar son vaxtlar dünya ölkələrində yeni seçki üsulu tətbiq olunur. İnsanların  seçki məntəqələrinə kütləvi toplaşmasının qarşısnı almaq və sosial məsafəni təmin etmək məqsədilə seçicilər öz səslərini poçt vasitəsilə verir. 

Seçki bülletenləri işarələndikdən sonra ünvanına göndərilir. Bu prosedur ilk dəfə may ayının 10-da Polşada keçirilən prezident seçkilərinin birinci turunda tətbiq edilib. İyunun 2-də ABŞ-da Respublikaçılar və Demokratlar partiyalarının noyabrın 3-də Konqresə keçiriləcək seçkilərlə bağlı praymerizlərində də seçicilər öz namizədlərinə poçt vasitəsilə  səs verib. Lakin ABŞ prezidenti Donald Tramp bu texnologiyanı tətbiq edib. O, poçtla səsvermə üsulunun seçkilərin saxtalaşdırılmasına səbəb olacağını deyib.

Lakin Demokratlar Partiyası hesab edir ki, payız aylarında pandemiyanın ikinci dalğası başlasa o halda, amerikalılar noyabrın 3-də yeni prezidenti və Konqres üzvlərini poçt vasitəsilə seçmək məcburiyyətində qalacaq. 

Rusiyada və Ermənistanda da koronavirus səbəbindən təxirə salınmış konstitusiya referendumunu keçirmək üçün poçt seçki məntəqəsindən daha etibarlı yer hesab edilir. Poçtla seçkilər keçirmək  mübahisəli olsa da dünya ölkələri bu üsulu tətbiq etməyə vadar olur. Ona görə də  bunun həm hüquqi, həm də siyasi baxımdan nə qədər səmərəli olması barədə konkret rəy yoxdur. Koronavirus təhlükəsi uzun sürərsə və yaxud bir neçə ildən sonra yenidən yayılarsa, Azərbaycanda da seçkilərin poçt vasitəsilə keçirilməsi təklifi gündəmə gələ bilər. 

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, poçtla səsvermənin keçirilməsi seçkilərin obyektivliyinə şübhə yaradır. Bu səbəbdən də sözügedən prosedurun Azərbaycanda tətbiqi düzgün olmaz. “Koronavirusun dünyadakı siyasi proseslərdə  bir çox yeni qaydalara və sistem tətbiqinə gətirməsi təbiidir. Çünki, kütləvililk yeni pandemiayaya yol açır. Onlayn  konfranslar və iş sisteminə keçid siyasi proseslərə də təsir edir. Nəzərə alaq ki, kornovirusun nə vaxta kimi davam edəcəyi bilinmir. Buna qədər insanlar məsafədən işləməyi və yeni sistemlə idarə edilməyə öyrəşəcəklər. Qeyd edim ki, səsvermlərin poçtla keçirilməsi və digər təşəbbüslərin müsbət və mənfi tərəfləri var. Onalyn konfranslar siyasi müstəvidə uğurla alınır. Amma  səsvermə kiimi çətin və mürəkkəb proseduru onlayn və poçt vasitəsi ilə etmək müəyyən problemlərə yol aça bilər. Əlbəttə ki, seçki çətin texnologiyadır və bu yeni sistem ciddi mənfi nəticələrə gətirə bilər.

 ABŞ prezidenti Trampın etirazı da bununla bağlıdır. Bu sistemi avtoritar ölkələr tətbiq edə bilər. Belə seçki keçirmək onların maraqlarına uyğundur. ABŞ kimi və digər mütərrəqqi ölkələrin bu üsulu tətbiq etməsi həqiqətən demokratik dəyərələr sistemin parçalanmasına gətirə bilər. Burada total saxtalaşdırma qaçılmaz olacaq. Azərbaycana gəldikdə isə iqtidar buna gedə bilər. Çünki bu sistem hökumətin siyasətinə uyğundur. Hesab edirəm ki, poçtla səsvermə zərərli bir sistemdir”.

Azad Əliyev
Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84