Azərbaycanda “Pinterest” istifadəçilərinin sayı “Facebook”u üstələdi

12:37 - 02 Noyabr
    2860 oxunma

Oktyabr ayında ölkədə “Pinterest” istifadəçilərinin sayı artıb. Azərbaycanda ən çox aktivliyin qeydə alındığı sosial platforma “Pinterest” olub.  Bizimxeber.az “Global Stats”dan əldə etdiyi məlumata əsasən, oktyabr ayında bu sosial platformada aktivlik səviyyəsi 73,38 faiz olub.  

Ölkədə “Facebook” istifadəçilərinin sayı isə ümumi sosial şəbəkə istifadəçilərinin sayının 10,35 faizini təşkil edib. Halbuki bu göstərici sentyabr ayında 37,19 faiz təşkil edirdi. Bununla da “Facebook” ikinci pillədə qərar tutub. “Youtube” istifadəçilərinin sayı isə oktyabr ayında 7,1 faiz təşkil edib. Sentyabr ayında bu aktivlik göstəricisi 16,92 faiz olub.

Oktyabr ayında “Instagram” istifadəçilərinin isə aktivlik səviyyəsi azalıb. İlin ortalarına (aprel ayı) nisbətən aktivlik kəskin azalıb və ötən ay “Instagram” istifadəçilərinin sayı 2,88 faiz təşkil edib. Bu göstərici sentyabr ayında 10,48 faiz idi. “Twitter” istifadəçilərinin sayında da kəskin azalma var. Belə ki, oktyabrda bu platforma üzrə istifadəçilərin aktivlik dərəcəsi 1,8 faiz olub. Sentyabrda isə bu, 3,53 faiz idi.

Ümumilikdə, bütün sosial şəbəkələr üzrə aktivlik dərəcəsi azalsa da, “Pinterest”də istisna artım qeydə alınıb. Sosial platformalarda azalmanı müharibə şəraiti ilə əlaqədar internetdə müəyyən məhdudiyyətlərin tətbiq olunması ilə əlaqələndirmək olar.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84