. .

Azərbaycanda orta məktəb: "Dəmir dayaq vurublar ki, aşmasın"

14:06 - 01 May
    7124 oxunma

Sakinlər: "Hər an uçmaq təhlükəsi var"  

Bura Saatlının Azadkənd tam orta məktəbidir. Məktəbin binasının qəzalı vəziyyətdə olduğu deyilir.

 Bu barədə Arqument.az-a Azadkənd sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, 21-ci əsrdə Azərbaycanda belə bir məktəbin olması təhsil sistemi üçün utancdır. Məktəb binasının bərbad halda olmasını əks etdirən görüntülərin içərisində bir şəkil daha çox diqqəti cəlb edir: qəzalı vəziyyətdə olan məktəb binasının divarına çöl tərəfdən dəmir dayaq qoyublar ki, aşmasın. 

"Yəni çöl tərəfə aşmasın, amma içəriyə, şagirdlərin başına aşsa da olar...", - kənd sakinlərindən biri fikrini ironik ifadə edir. Sakinlərin dediyinə görə, Azadkənd böyük kənddir və burada 1000-dən artıq təsərrüfatı var, amma 1967-ci ildə tikilən məktəb heç vaxt əsaslı şəkildə təmir olunmayıb. 

"İndi isə təmir etmək də mümkün deyil. Hər an uçmaq təhlükəsi var. Dərhal sökülməli və yeni məktəb binası tikilməlidir", - sakinlər belə deyirlər. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Arqument.az-a deyib ki, həmin məktəb plandadır, yenidən tikiləcək. 

Saatlı Rayon İcra Hakimiyyətindən isə münasibət öyrənmək mümkün olmayıb. 








DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84