. .

Azərbaycanda koronovirus daha 11 nəfərin həyatına son qoydu

16:37 - 16 May
    1392 oxunma


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, 1 122 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizimxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 329 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 314 900 nəfər müalicə olunaraq sağalıb, 4 779 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 164 nəfərdir. Ötən müddət ərzində 3 384 053 test aparılıb. Bugünkü test sayı isə 8374-dür.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84