Azərbaycanda koronavirusla bağlı son durum

00:35 - 22 Avqust
    4065 oxunma

Azərbaycanda koronavirusla bağlı 21 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Son sutkada koronavirusa görə 5986 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 861 min 788-ə çatıb. Reanimasiyada olan xəstə sayı 180, süni tənəffüs cihazında olan xəstə sayı 24 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 34 min 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib. Aktiv xəstə sayı 1727 nəfərdir.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84