Azərbaycanda koronavirusdan ən çox hansı yaş kateqoriyasından insanlar ölür?

15:06 - 06 İyun
    1280 oxunma

Azərbaycanda koronavirusdan ölənlərin yaş kateqoriyaları açıqlanıb. 

Bizimxeber.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Belə ki, ölkəmizdə koronavirusdan ölənlərin 43 faizi 60-69, 23 faizi 70-79, 18 faizi 50-59 yaş arası, 9 faizi 80 yaşdan yuxarı, 6 faizi 40-49, 1 faizi isə 30-39 yaş arası insanlardır. 

Koronavirusa yoluxlanların 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edir. 

Ümumilikdə, bu günə qədər Azərbaycanda 6860 yoluxma faktı qeydə alınıb. Onlardan 82 nəfər ölüb, 3871-i isə sağalıb. Hazırda ölkədə 2907 aktiv xəstə var. Azərbaycanda koronavirusla bağlı testlərin ümumi sayı isə 328 385-dir. 

Bizimlə əlaqə saxlayın


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84