Azərbaycanda karantinin sərtləşdirilməsi ilə bağlı xəbərdarlıq
-
2580 oxunma

"Sərt tədbirlər görülməsə, koronavirusa yoluxma sayı azalmayacaq”.
Bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, sərt tədbirlər nəticəsində iki həftə ərzində yoluxma sayı azala, nəzarət altına alına bilər: "Bundan sonra yenidən yumşaldılmalara gedilə bilər. Qaydalarla bağlı ciddi tədbirlər görülməlidir.
Çalışmaq lazımdır ki, insanlar bir yerə toplaşmasın. Bununla bağlı nə qədər sərt tədbirlər görülmüş olarsa, effektiv nəticə ola bilər. Buna gedilməsə, xəstəxanalarda xəstələrə yer qalmayacaq”, - deyə direktor qeyd edib.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84