Azərbaycanda icra başçısı olmayan rayonlar - SİYAHI

20:34 - 07 Dekabr
    2230 oxunma

Ölkə üzrə yerli icra hakimiyyətinə icra başçısı rəhbərlik edir. Lakin bəzi Azərbaycanın bir sıra rayonlarında bir müddətdir ki, bu vəzifə boş qalıb. Qaynarinfo icra başçısı olmayan həmin rayonları təqdim edir:

Ağsu rayonu - Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 26 noyabr koronavirus səbəbi ilə dünyasını dəyişib. Qeyd edək ki, icra başçısı bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu. Kürdəmir rayonu - Kürdəmir icra başçısı Ceyhun Cəfərov avqustun 19-da korrupsiyaya yol verdiyi üçün həbs edilib, avqustun 20-də vəzifədən azad olunub. İcra başçısı bu vəzifəyə 2014-ü ildə təyin edilmişdi.

Göygöl rayonu - Mayın 22-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Akif oğlu Seyidov vəzifədən azad edilib. O, bu vəzifəyə 2006-ci ilin fevralın 23-də təyin olunub. Nizami rayonu - Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Adil oğlu Qasımov 2020-ci ilin iyul ayında vəzifəsindən azad edilib. İcra başçısı bu vəzifəyə 2015-ci ildə təyin olunub.

Cəlilabad rayonu - Cəlilabad rayon icra başçısı Namiq Zeynalov isə bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, bu vəzifəyə 2018-ci ilin fevralın 6-da təyin olunub. /Sfera.az/



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84