Azərbaycanda general vəfat etdi

10:24 - 03 Noyabr
    1900 oxunma

Dövlət Feldyeger Xidmətinin sabiq rəisi, general-leytenant Ədalət Paşayev vəfat edib. Ə.Paşayev bir müddət davam edən xəstəlik səbəbindən dünyasını dəyişib. Xatırladaq ki, generalın oğlu Azad Paşayev də iyul ayında xəstəlikdən vəfat etmişdi. A.Paşayev Azərbaycanın Moldova, Serbiya və Türkiyədəki səfirliklərində müşavir vəzifəsində işləyib.

Qeyd edək ki, Feldyeger xidməti mühüm dövlət sirlərini özündə əks etdirən sənədləri, tam məxfi, qismən məxfi və məxfi əhəmiyyətə malik sənaye məhsullarının ünvanlara çatdırılmasını həyata keçirən yarımhərbiləşdirilmiş rabitə xidmətidir. Azərbaycanda Dövlət Feldyeger Xidməti Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84