.
.

Azərbaycanda daha bir məhdudiyyət götürülür

10:59 - 15 İyul
    32208 oxunma


Xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar olaraq şəhərlərarası (rayonlararası) gecə reysləri 2019-cu ilin mart ayından fəaliyyət göstərmirdi. Bu gündən etibarən şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə gecə reysləri bərpa edilir.

Dövlət Avtomobil Nəqliyyat Xidmətindən Pravda.az-a verilən məlumata görə, daşıyıcı şirkətlərin və sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin qərarı əsasında bu gündən etibarən sərnişinlər bərpa olunan gecə reysləri üzrə Qırmızı Körpü və Şəki istiqamətində səfər edə biləcək.

Qeyd edək ki, Qırmızı Körpü istiqamətinə gecə reysləri dörd marşrut xətti üzrə, Şəki istiqamətinə isə iki marşrut xətti üzrə hərəkətdə olacaq. Biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən və aidiyyəti üzrə region kassalarından əldə etmək mümkündür.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84