Azərbaycanda daha 97 nəfərdə koronavirus aşkarlandı, bir nəfər vəfat etdi

17:58 - 10 May
    1195 oxunma

Azərbaycan Respublikasında 97 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1650 nəfər müalicə olunaraq sağalmış, 32 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193.411 test aparılmışdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84