Azərbaycanda daha 3469 yoluxma faktı qeydə alınıb, 30 nəfər vəfat edib

21:08 - 25 Noyabr
    1870 oxunma

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3469 yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib. Aktiv xəstə sayı 34 209 nəfərdir. 

Ötən müddət ərzində 1 646 654 test aparılıb. Bugünkü test sayı isə 15 057-dir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84