Azərbaycanda bir kənddə 21 nəfər virusa yoluxdu

09:27 - 26 May
    640 oxunma

Kürdəmirin bir kəndində virusa tutulanların sayı 21-ə çatıb.

Bizimxeber.az bildirir ki, rayonun Sığırlı kəndində 21 nəfərdə virus aşkarlanıb. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağəli Kərimli bildirib ki, indiyə kimi rayon üzrə koronavirusa 67 yoluxma faktı qeydə alınıb. Onlardan 17 nəfər sağalaraq evə buraxılıb. Əsas yoluxma Sığırlı kəndində qeydə alınıb - 21 fakt.

Bundan başqa, Kürdəmir şəhərində 20, Yenikənd kəndində səkkiz, Atakişilər kəndində yeddi, Qağaçılı kəndində üç, Qarşıdakı kəndində üç, Şüşün kəndində üç, Topalhəsənli kəndində bir, Şahsevən kəndində də bir nəfərdə koronavirus aşkarlanıb. 

Ağəli Kərimlinin sözlərinə görə, hazırda Sığırlı kəndi istisna olmaqla, rayonun digər ərazilərində son günlərdə insanlarda virus aşkarlanmayıb: "Sığırlı kəndində də vəziyyət tam nəzarətə götürülüb. Belə ki, virusa tutulanların sayında hər gün azalmalar müşahidə olunur.

Ötən gün axşam saatlarından bu vaxta kimi dörd nəfərdə virus aşkarlanıb. Vəziyyətin stabilləşməsi üçün müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər görülür”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84