.
.

Azərbaycanda 4 yüksək vəzifəli şəxs istefa verdi - İDDİA  

11:31 - 13 Mart
    7120 oxunma


Hesablama Palatasının 7 auditorundan 4-ü istefa ərizəsi yazıb. 

Bizimxeber.az yenisabah.az-a istinadən xəbər verir ki, bunlar Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır. Firsənd Qurbanov isə hazırda məhbus həyatı yaşayan sabiq nazir Səlim Müslümovun həbsxana yoldaşı olub. İddialara görə, Səlim Müslümov nazir olarkən onu çox vaxt Firsənd Qurbanov audit edirmiş. Müslümov məhz keçmiş məhbus yoldaşının sayəsində "təmizlik kağızı” alırmış.

Hesablama Palatasındakı vəzifəsindən könüllü ayrılan Vaqif Həsənovu isə hakimiyyətdə təmsil olunan bəzi yüksək rütbəli məmurlarla qohumluq telləri bağlayır.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84