Azərbaycana gətirilən elektrik avtomobillərinin sayı açıqlandı - ŞƏRH

09:55 - 19 Yanvar
    7200 oxunma


"2020-ci ildə Azərbaycana elektriklə işləyən 5247 avtomobil gətirilib. Hələlik çox azdır - ümumi avtomobil idxalının 10%-i qədər".

Bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Ekspertin sözlərinə görə, hələlik ölkəyə gətirilən elektriklə işləyən avtomobillərin sayı az olsa da artım tempi yüksəkdir:"2018-də cəmi idxal 146 ədəd, 2019-da 1000 ətrafında. 2020-də 5300-ə yaxınlaşıb. Ötən 2 il üzrə orta hesabla ümumi idxalın heç 1%-ni təşkil etmir.

Bu baxımdan 10%-ə də baxıb təskinlik tapmaq olar. Hökumətin hədəfi 2025-dək illik idxalın ən azı 50%-nə nail olmaq olmalıdır. Bunun üçün həm xalis elektromobillər, həm də hibridlər 0 vergilə ölkəyə buraxılmalı, dəyəri 30 min dollara qədər olan maşınlara 2025-ci ilədək 10-20% intervalında dövlət dəstəyi təklif olunmalıdır. Dünya nəhəng texnoloji transfer dövrü yaşayır, bu prosedən kənarda qalmaq orta çağın ətəyindən yapışmağa bərabərdir..."

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84