Azərbaycan yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərdi

23:48 - 30 Noyabr
    2030 oxunma

Gürcüstan Azərbaycandan 100 ton maye tibbi oksigen idxal edib. Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze "Rustavi 2” telekanalına bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın humanitar yardımı olub: "Azərbaycan hökumətinin köməkliyi sayəsində operativ şəkildə müvafiq miqdarda maye tibbi oksigen tədarük olunub. Gürcüstanda koronaviruslu xəstələrin müalicə olunduğu klinikalar üçün tibbi oksigenin ölkəyə çatdırlmasını da Azərbaycan tərəfi öz üzərinə götürüb”.

Z.Pataradze təmənnasız dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Səfir deyib ki, Gürcüstanın klinikalarında maye tibbi oksigen çatışmazlığının aradan qaldırılması üçün Azərbaycanla sıx əməkdaşlıq davam etdirilir. Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğasının pik həddi yaşanır. Klinikalarda tibbi oksigendən istifadə göstəricisi üç dəfə artıb. Bu səbəbdən Gürcüstan hökuməti oksigen ehtiyatı yaradır.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84