Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında Rusiya gözləntisi - Bəs Sadıkov necə olacaq?

16:40 - 08 Sentyabr
    3125 oxunma

Dünyanın pandemiya mənzərəsinə diqqət etdikdə nələrin şahidi oluruq? İqtisadi tarazlığın pozulması, sosial problemlər, böyük düzənin görünə biləcək qədər dəyişikliyi və nəhayət böyük siyasi hərəkətlilik. İndi bütün dünya, böyüklü-kiçikli dövlətlər yeni dünyada yeni düzənin qurulması ilə yanaşı daha çox necə nəzarətdə saxlanması barədə baş sındırır.

Təbii ki, böyük dövlətlər - ABŞ, Fransa, Böyük Britaniya, İran, Çin, Rusiya və Türkiyə üçün təxmini mənzərə aydındır. Post pandemiya dövründə böyük enerji layihələrinə yaranacaq ehtiyac, yaranmış böyük iqtisadi boşluğu doldurmaq üçün əlavə siyasi və iqtisadi addmlar bu dövlətlərin əsas diqqətində dayanan məsələdir. 

Bütün bunların fonunda bu güc dövlətləri arasında Türkiyənin də varlığı Azərbaycan üçün vacib faktordur ki, biz də bir dövlət olaraq artıq lazımı dəstəyi verməkdəyik. Azərbaycanın bütün böyük enerji layihələri, yükdaşımalar, əsas gömrük əməkdaşlığı, neft və qaz layihələri Türkiyə üzərindən həyata keçirilir və bu əlaqələr günü-gündən genişlənməkdədir.

Həmçinin Türkiyənin bizə olan qardaşlıq münasibəti Tovuz istiqamətində gedən son döyüşlərdə bir daha təsdiqləndi. Türkiyə dövləti - Prezident Ərdoğan başqa olmaqla torpaqlarımızın azad olunması üçün hərbi və diğər dəstək göstərməyə hazır olduqlarını aşkar şəkiildə dünyaya bəyan etməsi, erməniləri öz düşmənləri kimi tanıması bir daha dünyaya verilən sərt mesajı oldu. Bununla da illərdən bəri davam edən dostluq, qardaşlıq formatı daha böyük müstəviyə keçdi və dünya bunu aşkar şəkildə izlədi.

Artıq Azərbaycan-Türkiyə münasibətlərində dostluq-qardaşlıqdan başqa yeni bir siyasi düzənin şahidiyik. Türk hərbçilərinin əvvəlki illərdən fərqli olaraq təlimlərdə sayca daha çox olması, diğər hərbi məqamlar Azərbaycanda sabitliyi, siyasi düzənin olmasını istəməyən dövlətlərə növbəti bir mesaj oldu. İndi Azərbaycanla Türkiyə nəinki dost-qardaşdır, həm də siyasi müttəfiqdir. 

Elə isə ortaya maraqlı suallar çıxır? Əcəba Azərbaycanın Türkiyə ilə dostluq və qardaşlı münasibətləri uzun illər nədən bu müstəviyə çıxmırdı? Nə baş verdi? Kimlər bu düzənin qurulmasına mane olurdu? Nədən illər gözləməli olduq? Bu düzənin qurulmasında pandemiya böyük rolmu oynadı, yoxsa nələr baş verdi?

Əslində bu sualların bizə bəlli olan tərəflərindən baxsaq cavab bəllidir. Siyasi ekspertlər hesab edir ki, Türkiyə ilə hazırkı münasibətlərin bu müstəviyə çatmasını əngəlləyən dövlət Rusiya olub. Rusiyanın bu namərdliyi son Tovuz hadisələri zamanı aşkar və təkzibedilməz şəkildə ermənilərə hərbi dəstək verməsinin üzə çıxmasından sonra yaranıb və sairə. Elə isə bizim ölkəmizdə bu illər ərzində Rusiyaya dəstək verənlər kimlər olub? Onlar niyə zamanında ifşa olunmayıblar? Əgər doğrudan da Rusiya uzun illər dost dediyi dövlətə - Azərbaycana qarşı bu addımı atırdısa nədən bunu görə bilmirdik? 

Yenə də siyasi analitiklər hesab edirlər ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya ilə ciddi əməkdaşlıq edib və bu səbəbdən də Türkiyə ilə münasibətlərin indiki kimi yaxınlaşmasına imkan verməyib.

Həmçinin Ramiz Mehdiyev bu fikirləri böhtan adlandırır,  Azərbaycana, Heydər Əliyev siyasətinə sadiq qaldığını bəyan edir. Beləcə bu suallar hələ də açıq qalır. Əlbətdə siyasət diplomatik gedişlərin düzgün istifadəsi zamanı doğrudur.

Faktiki olaraq kimin nə etməsindən, deməsindən asılı olmayaraq Azərbaycan-Türkiyə münasibətləri günü-gündən güclənir və güclənməkdə də davam edəcək. Bu gün dövlətimizin istədiyi siyası səhnəni görürük - Azərbaycan-Türkiyə müttəfiqdir, bir yerdədir. Ötən gün Azərbaycan nümayəndə heyətinin Türkiyəyə etdiyi səfər, bu zaman bağlanan media əməkdaşlığı və diğər müqavilələr bir daha bu əməkdaşlığın davamlı və uzunömürlü olacağının bariz nümunəsidir. 

Əlbətdə burada Rusiya faktorunu da unutmaq olmaz. Rusiya asanlıqla Azərbaycan kimi güclü dövlətin ondan tamam uzaqlaşmasına asanlıqla razılaşmaz. Təbii ki, heç biz də qonşumuz olan Rusiya ilə münasibətlərin tamamən korlanmasını istəmərik. Əgər nəzərə alsaq ki, Rusiyada 100 minlərlə azərbaycanlı yaşayır, müəyyən layihələr, müqavilələr mövcuddur bu zaman təbii ki, bu dövlətlə də müəyyən bağlantıların olacağı qaçılmazdır.  Lakin siyasi əməkdaşlıqda əsas güc olaraq Türkiyənin yanında olacağmız bəllidir. Hər halda görünən budur.

Bu arada Rusiya da müəyyən təsir rıcaqlarını işə salacaq və artıq biz bunun şahidiyik. Günlərdir Ermənistana təyyarələrlə daşınan silahlar buna bariz nümunədir. Türkiyədə belə müxtəlif qüvvələr tərəfindən bu münasibətlərin korlanmasına yönəlik addımların atıldığının şahidiyik. 

Daha bir incə və vacib məqam -  Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlıqdır ki, münasibətlərin daha da isinməsində bu faktorun vacib rolu olmuşdur. Hesab etsək ki, bu məlum yaxınlaşma Tovuz döyüşləri zamanı Türkiyə tərəfindən "hərbi dəstək belə verməyə hazırıq" bəyanatı ilə yaranmışdı.

Elə isə Azərbaycan ordusunun və bu heyətin başında dayananlara da diqqət çəkmək vacib və vacibdir. 

Uzun illərdir Azərbaycan içtimaiyyəti, hərbçiləri arasında dildən düşməyən bir ifadə var. Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusyanın adamıdır. Təbii ki, bu fikirlərə "dedi-qodu" olaraq yanaşılsa müzakirəsizdir. İndiki həssas məqamda mövzuya diplomatik yanaşma olsa müzakirə predmetidir və Türkiyə ilə hərbi əməkdaşlıq məsələsində faktın ciddi şəkildə araşdırılması qaçılmazdır. Əgər Azərbaycan-Türkiyə ilə bütün sahələrdə, eləcə də hərbi əməkdaşlıq həyata keçirəcəksə, bu zaman Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov (əgər bu belədirsə) Rusiyanın adamı olaraq bu postda qalacaqsa o zaman uğurlardan əlimizi üzməliyik.

Türkiyə tərəfi də bu faktı araşdıracaq və kiminlə işlədiyini dəqiq biləcək. Əgər belədirsə biz yaxın zamanlarda Nəcməddin Sadıkovun vəzifədən uzaqlaşdırılmasının və Azərbaycan ordusu ilə bütün əlaqələrinin kəsilməsinin şahidi olacağıq. Bu zaman yenə də Rusiyanın təsir rıcaqları ilə üz-üzə qalacağımızı göz önünə almaqlıyıq. Bu dəyişikliklər sırasında Azərbaycanın Müdafiə nazirinin yenilənməsinin də şahidi ola bilərik. Hər halda hərbi əməkdaşlıq bunu vacib edəcək. 

Görünən odur ki, Azərbaycan özü üçün yeni bir inkişaf xətti, yolu müəyyənləşdirib. Türkiyə-Azərbaycanın müttəfiqliyinı Rusiya, İran və ABS-ın necə həzm edəcəyini gələcək göstərəcək. Hər halda Azərbaycan hökümətinin bu sınaqdan üzüag çıxması üçün ciddi planları var.

Bizimxeber.az
Ədil Hüseynli

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84