Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü yeddi saatdır davam edir - YENİLƏNİR+VİDEO

00:07 - 10 Oktyabr
    1260 oxunma

Moskvada Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü davam edir. 

Yeddi saatdır davam edən qapalı danışıqlardan sonra mətbuat konfransının təşkil olunması gözlənilir. Artıq jurnalistlər Rusiya XİN-in qəbul evində görüşün nəticələri ilə bağlı açıqlamaları gözləyirlər. Artıq mətbuat zalına hər üç dövlətin bayraqları gətirilib.

Qeyd edək ki, bu, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistan XİN rəhbəri ilə ilk görüşüdür. C.Bayramov iyulun 16-da Elmar Məmmədyarovun yerinə təyin olunub. Bu barədə Rusiyanın “Pervıy kanal” televiziyası video yayımlayıb.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84