.
.

Azərbaycan "Rosneft" məhsullarını Ukraynaya ixrac edəcək

11:58 - 15 May
    2054 oxunma


Azərbaycanın dövlət neft şirkəti SOCAR, Rosneft ilə Ukrayna, Polşa, Baltikyanı ölkələr və Şərqi Avropanın digər ölkələrinə neft məhsullarının ixracı hüququ barədə müqavilə imzalayıb.

"Bizimxeber" bildirir ki, bu barədə "Ria Novosti" məlumat yayıb. Məlumatda qeyd olunur ki, "SOCAR beynəlxalq neft və qaz ticarətində mövqelərini gücləndirmək niyyətindədir".

Qeyd edək ki, may ayının əvvəlində "Ukrgasdobycha" dövlət şirkətinin kommersiya direktoru Sergey Fedorenko, Belarusiya Mozyr neft emalı zavodunun təmirə dayanmasıvə "Rosneft" in zavodları ilə təchizatı dayandırılması səbəbindən Ukraynanın dizel yanacağı çətinliyi ilə üzləşə biləcəyini söyləmişdir.

Onun sözlərinə görə, son aylarda Rusiya və Belarusiyadan idxal əhəmiyyətli dərəcədə azalıb, buna baxmayaraq hər iki ölkə dizel yanacağının bütün idxalının yüzdə 40-dan çoxunu təmin edir.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84