Azərbaycan Ordusu Xankəndini götürürdü və... - Putin

00:00 - 18 Noyabr
    1970 oxunma

Hərbi əməliyyatlar bitənə qədər Qarabağda vəziyyət kritik idi, hər saatın hesabı gedirdi, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparmaq mümkün olmadı. Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-24 kanalına müsahibəsində deyib.

“Vəziyyət belə bir şəkildə inkişaf etməyə başladı, ümumiyyətlə, gözlənilən bir şey baş verdi, yəni Azərbaycan Ordusu Şuşanı nəzarətə götürdü. Baş nazir Paşinyan xalqına müraciət edərək dedi ki, vəziyyət erməni tərəfi üçün kritikdir, Xankəndinin tutulması və daha da irəliləmək imkanı yaranıb”, - Putin bildirib.

Rusiya prezidentinin sözlərinə görə, həmin vəziyyətdə döyüşlərin dayandırılmasında İrəvan maraqlı idi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84