Azərbaycan məhsulları ən çox bu ölkələrə satılır - SİYAHI
-
10720 oxunma

2020-ci ildə Azərbaycanın əsasən hansı ölkələrə məhsul ixrac etdiyi məlum olub.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 30,4 faizini İtaliyaya, 18,9 faizini Türkiyəyə, 5,2 faizini Rusiyaya, 3,8 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla Xorvatiya və Gürcüstana, 3,3 faizini Hindistana, 3,2 faizini İsrailə, 3,1 faizini Çinə, 2,6 faizini Ukraynaya, 2,4 faizini İspaniyaya, 2,3 faizini Tunisə, hər biri 1,7 faiz olmaqla Portuqaliya, Almaniya və Çexiyaya, 1,6 faizini İsveçrəyə, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,3 faiz), Türkiyəyə (20,4 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6,9 faiz), Çinə (2,4 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (2,1 faiz), İrana (1,5 faiz), Qazaxıstana (1,4 faiz), ABŞ-a (1,3 faiz), Özbəkistana (1,1 faiz), Almaniyaya (1,0 faiz), Türkmənistana (1,0 faiz), Belarusa (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. //Modern.az
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84