“Azərbaycan işğal olunmuş torpaqlarını azad etməyə çalışır” - “The Financial Times”

16:29 - 12 Oktyabr
    1410 oxunma

“Rusiya Prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqında nüfuz dairəsini genişləndirmək üçün ağlasığmaz addımlar atdı, Gürcüstanın, Ukraynanın ərazisini işğal etdi. Amma qonşu ölkələrdə bu qədər münaqişə ilə eyni vaxtda üzləşəcəyini bəlkə də ağlına gətirməzdi”.

Bizimxeber.az xəbər verir ki, “The Financial Times” redaksiya məqaləsində belə yazır. 

Hazırda Belarus və Qırğızıstan mübahisəli seçkilərdən sonra qaynayır. Azərbaycanla Ermənistan qüvvələri isə Dağlıq Qarabağ regionunda döyüşür, Azərbaycan işğal altında olan torpaqlarını azad etməyə çalışır.

Qəzet qeyd edir ki, Putinin qonşularına nəzarəti itirdiyini güman etmək üçün tezdir. Əvvəllər də oxşar əngəllər yaranıb, vaxtilə Kreml Gürcüstan və Ukraynada rəngli inqilablara yoluxmaqdan qorxurdu. Kiyevdə iki dəfə rusiyapərəst lideri hakimiyyətə gətirməyə cəhd elədi. Bu ölkənin içərisinə soxulsa da, bir çox ukraynalının sevgisini əldən verdi.

Azpolitika.info-nun məlumatına görə, “The Financial Times” yazırki, qısa müddətdə sözügedən ölkələrdə çaxnaşma Putinə nəzarətini gücləndirmək şansı verir. Məsələn, Lukaşenka siyasi salamatlığı üçün Moskvadan tamamilə asılıdır. 

Ermənistana Rusiyanın hərbi yardımı lazımdır. Ancaq öz xalqının hesabına müttəfiqlərini dəstəkləmək yaxşı nəticə verməyə bilər. Üstəlik, keçmiş sovet respublikalarının seçdiyi yol getdikcə qeyri-sabit forma alır. “20 ildir hakimiyyətdə olan, daha 16 il qala biləcək bir liderə bu, ağır başa gələ bilər”,– məqalədə vurğulanır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84