Azərbaycan iqtisadiyyatı üçün pis xəbər: 4 ildən sonra yenidən kəsir yarandı - ŞƏRH

21:56 - 15 Dekabr
    1340 oxunma

Cari ilin 3-cü rübündə Azərbaycanın tədiyyə balansında kəsir yaranıb. Bu sözləri iqtisadçı ekspert Samir Əliyev bildirib. 

Onun sözlərinə görə, sonuncu dəfə ölkənin tədiyyə balansında kəsir 2016-cı ildə olub:

"Tədiyyə balansının cari hesablar balansında nəhayət ki, kəsir yarandı. Son dəfə 2016-cı ildə $1,4 milyardlıq kəsir yaranmış cari hesablar balansı sonralar yaşıl zonaya daxil olaraq müsbətə çevrilmişdi. 2020-ci ilin 3-cü rübündə cari hesablar balansı yenidən mənfiyə qayıdıb. Neftin dünya bazarlarında ucuzlaşması nəticəsində cari hesablar balansında $208 milyonluq kəsir yaranıb.

Ümumiyyətlə götürdükdə Azərbaycanın tədiyyə balansının canı neft-qazın sayəsində cari hesablarda olub və digər bölmələrdə kəsir olmasına rəğmən cari hesablar tədiyyə balansının mənfiyə keçməsinə imkan verməyib.  Ancaq bu ilin 9 ayında tədiyyə balansında $1,8 milyardlıq kəsir yaranıb.

Xidmətlər balansının kəsiri $2 milyarddan çox olub. Pandemiya dövründə xaricə gedən vətəndaşlarımız azalsa da gələnlərdə də azalma olub və turizm sektorunda $66,2 milyonluq kəsir yaranıb.  Halbuki ötən il bu sektorda müsbət saldo ($89 milyon) mövcud idi. Turzimdə kəsir daha çox şəxsi səfərlər hesabına baş verib. 9 ay ərzində xaricə səfər edən vətəndaşların sayı 74.5%, ölkəyə gələn xarici vətəndaşların sayı 71.6% azalıb. Daha bir kəsir tikinti sektorunda ($846 milyon), xüsusiən də neft-qaz sektorunda baş verib. Nəqliyyatda isə $215,2 milyonluq müsbət saldo yaranıb.

Azərbaycandan qeyri-rezidentlərə $2 milyard ödənilib. Bunun təxminən yarısı beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), $0,3 milyardını qiymətli kağızlar portfeli, $0,4 milyardını xarici kreditlərə görə faizlər təşkil edir.

Pul baratlarına gəlincə, ötən ilin müvafiq dövr ilə müqayisədə ölkəyə göndərilən pul baratlarının həcmi ($681,9 milyon) 1,6% azaldığı halda ölkədən çıxarılan pul baratlarının həcmi ($383 milyon) 23.2% artıb.

Maliyyə hesabları da ürəkaçan olmayıb və ölkənin xalis maliyyə öhdəlikləri $1,6 milyard azalıb. Buna səbəb birbaşa xarici investisiyaların $327,3 milyon, portfel investisiyaların $303,1 milyon, digər investisiyaların  $1,4 milyard (depozit və nağd valyuta, kreditlər və ssudalar hesabına) azalıb".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84