Azərbaycan hərbçiləri Hadrut yaxınlığında erməni düşərgəsi tapdılar

22:37 - 13 Dekabr
    1130 oxunma

Əsgərlərimiz Xocavənd rayonunun Tağlar kəndində gizli erməni düşərgəsi aşkarlayıblar. Belə ki, üçtərəfli bəyanata əsasən ərazidən çəkilməli olan, lakin bu şərtlərə əməl etməyərək terror əməliyyatları törədən erməni silahlı qüvvələrinin bir qrupu qəhrəman əsgərlərimiz tərəfindən zərərsizləşdirilib.

Onların düşərgə-sığınacağı aşkarlanıb. Əsgərlərimiz həmin sığınacağı videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar. Videoda Azərbaycan hərbçisi kameraya bir az əvvəl erməni yaraqlılarının yerləşdiyi iki çadırı göstərir. Çadırlar boyunca silahlar və sursatlar səpələnib.

Videodan görünür ki, çadırın içərisində soba, yataq kisələri və ərzaq qalıqları olub. "Onların burada hətta qəhvə və “snikers”ləri də var idi. Onlar çoxdan burada qalıblar. Amma eybi yox, əlimizdən qaça bilməyəcəklər", - deyə hərbçi vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistan tərəfinin Hadrutun azad edilmiş ərazilərində bir sıra terror aktları həyata keçirməsindən sonra Azərbaycan Ordusunun rayonun Köhnə Tağlar və Çaylaqqala kəndlərini yaraqlılardan təmizləmək üzrə əməliyyat apardığı barədə yazmışdı.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Müdafiə Nazirliyinin bu gün yaydıqları birgə məlumatda isə deyilir ki, 2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84